22/08/2017 15:06

Rusiyanın S-500 “Prometey” və “Аntey-4000” ZRK-ləri ilk dəfə sərgilənəcək

Rusiya S-500 “Prometey” və “Аntey-4000” yeni zenit-raket komplekslərini (ZRK) ilk dəfə olaraq “Ordu-2017” sərgisi zamanı nümayiş etdirəcək.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, sərgidə həmçinin “Buk-M3” ZRK modernizə edilmiş versiyası da təqdim olunacaq.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, zenit-raket sistemləri “Ordu-2017” sərgisinin qapalı hissəsində nümayiş ediləcək. Adları çəkilən S-500 “Prometey” və “Аntey-4000” ZRK-ləri Rusiyanın kosmik hava müdafiə mövqelərinin qorumaq üçün yaradılan vahid milli sistemlərdir. Ancaq onların real imkanları haqqında rəsmi məlumat demək olar ki, yox dərəcəsindədir. Məlum olan odur ki, S-500 kosmik hava hədəflərinin geniş spektrini tutma qabiliyyətlidir.

“Almaz-Antey” Hava-Kosmik Müdafiəsi şirkətinin istehsal-texnologiya siyasəti üzrə baş direktor müavini Aleksandr Vedrov qeyd edib ki, bu silah ZRK-nın yeni nəsilinə aidir. Hansı ki, ballistik və aerodinamik hədəflərin məhv edilməsi üçün nəzərdə tutulur. Bu texnikaların Rusiya ordusuna çatdırılması 2019-cu il üçün nəzərdə tutulub. Həmin vaxtdan qədər isə xarici satılması mümkün deyil. Çünki xarici sifarişçilərə sistemin ixtrac pasportu hazır olduqdan sonra satış işləri aparıla bilər.

Hərbi Elmlər Akademiyasının professoru Vadim Kozyulin mətbuata açıqlaması zamanı bildirib ki, S-500 “Prometey” təyyarələri, pilotsuz uçuş aparatlarını və hipersəsli qanadlı raketləri vurma qabiliyyətlidir.

“Prometey”in xarici görünüşü hələlik rəsmi olaraq təqdim olunmayıb. Amma buna baxmayaraq “Almaz-Antey” konserni tərəfindən təsadüfən kompeksin görüntüləri yayılıb.  Digər sistem “Antey-4000” barəsində isə məlumat bir qədər çoxdur. Bu sistem S-300V4 zenit raket kompleksinin modernizə edilmiş vairantıdır. Sistem Rusiya ordusuna 2014-cü ildən daxil olub.

Sələfindən fərqli olaraq yeni maşını – S-300V kompleksinin element bazası demək olar ki, tamamilə yenilənib. Sistemə yeni yerli proqram təminatı, çox güclü komputerlər quraşdırılıb. Digər yenilik isə kompleksin radar sistemi daha həssas və səssiz olması ilə bağlıdır.

Yeni sistem üçün unikal uzaq məsafəni vurma qabiliyyətli raketlər yaradılıb. Onlar 400 kilometrə qədər uzaqlıqda hədəfləri əminliklə vurma gücünə malikdir. Sistemdə həmçinin daha kiçik ölçülü radiusda 150 kilometr olan hədəfləri vurma raketlər də nəzərdə tutulub. “S-300V4”-ün bütovlükdə döyüş effektivliyi “S-300”-ün əvvəlki seriyaları ilə müqayisədə 2,3 dəfədə artıb.