30/09/2015 10:35

Rusiyanın “Smerc” reaktiv atəş sistemləri Suriyada – FOTOLAR

Rusiya BM-30 tipli “Smerc” reaktiv atəş sistemlərini Suriyada dislokasiya etdiyinə dair təsdiqedici informasiya yayılıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, “Smerc” sistemləri Suriyanın şimalinda yerləşən Əl-Qərdaha bölgəsində aşkar olunub.

Yayılan şəkillərdə bəlli olur ki, 300 mm-lik reaktiv atəş sistemləri 9T234-2 maşının üzərində quraşdırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Suriya hökumətinə dəstək məqsədilə hərbi aviasiya sistemlərini bu ölkəyə göndərib.

Bəzi mənbələr Rusiya desant bölmələrinin də Suriyada İŞİD və müxalifət qüvvələrinə qarşı döyüşdüyü bildirilir.

Xatırladaq ki, “Smerc” reaktiv atəş sistemi Rusiya istehsalıdır və Suriya Ordusunda yoxdur.

 

smerc

 

smerc_peykden