30/09/2018 22:50

Rusiyanın “Şvabe” Holdinqi Azərbaycanda ofis açmağı planlaşdırır

Rusiya müdafiə sənayesinin aparıcı qurumlarından olan “Şvabe” Holdinq Azərbaycanda ofisini açmağı planlaşdırır.

Bu barədə “AzeriDefence”yə açıqlamasında ADEX-2018 sərgisində iştirak edən “Şvabe” Holdinqin baş direktor müavini Dmitri Jidkov bildirib.

Şirkət rəsmisinin sözlərinə görə, hazırda bununla bağlı işlər aparılır. Eyni zamanda Azərbaycanla bir neçə layihə üzrə görüşmələr davam edir.

Müəssisə rəsmisi indiyədək Azərbaycana hərbi və mülki sektorda bir çox məhsulların ixracını həyata keçirdiklərini qeyd edib. Yeni layihələrin istiqamətləri barədə məlumat verməyən Jidkov bunların yaxın zamanda reallaşacağına ümidvar olduğunu söyləyib.