03/10/2017 14:26

Rusiyanın SVLK-14S snayper tüfəngi dünya rekordunu təzələyib

Rusiyanın “Lobaev Arms” şirkəti yeni istehsal olunan SVLK-14S “Sumrak” snayper tüfənginin atış sınaqlarını keçirib.

Bu barədə “AzeriDefence” Rusiya mediasına istinadən xəbər verib.

Bildirilib ki, Rusiyalı snayperlər SVLK-14S “Sumrak” tüfəngi ilə 4 170 və 4 157 metr uzaqlıqdakı hədəfləri dəqiqliklə vura biliblər.

Hesablamaya görə, atış zamanı tüfəngdən çıxan patron 13 saniyə ərzində hədəfə çatıb. Qeyd edək ki, analoqlarından fərqli olaraq yeni snayper tüfənginin patronunun çəkisi daha ağırdır.

Beləliklə də SVLK-14S “Sumrak” effektiv atış məsafəsinə görə dünya rekordunu təzələyib.

“Lobaev Arms” şirkətinin məlumatına görə, SVLK-14S “Sumrak” tüfənginin atış məsafəsi 4210 metr təşkil edir. 2017-ci ilin sonlarına kimi müəssisə bu modeldən 100 ədəd tüfəngin istehsalını planlaşdırır.