27/08/2013 09:36

Rusiyanın yeni avtomatı AS-1

Rusiyanın “Kalaşnikov” Konserninin mühəndisləri tərəfindən hazırlanmış, AS-1 adı verilmiş bull-pap tərtibata malik yeni avtomat tüfəng nümayiş olunub. “AzeriDefence”nin Rusiya hərbi saytlarına istinadən verdiyi məlumata görə, Federal Təhlükəsizlik Xidmətinin sifarişi üzrə hazırlanmış silahın AS-1 modeli 5.45×39 mm, AS-2 modeli isə 7.62×39 mm çaplı patronlardan istifadə edir. fotolardan göründüyü qədər silahın üzərinə əlavə aksesuarlar qoşmaq üçün Piccatini relsləri yerləşdirilib.

Mütəxəssislərin fikrincə, sonrakı mərhələdə yeni avtomatlar “Ratnik” gələcəyin əsgəri təchizatının silahlanmasına daxil edilə bilər.

Yeni silahların xarakteristikaları haqqında dəqiq informasiyalar verilmir.