21/04/2017 17:07

Rusiyanın yeni təyyarəsi Krımda istehsal olunacaq

Rusiya yeni SM-50 təlim təyyarəsinin prototipini III Yalta beynəlxalq iqtisadi forumda təqdimatını keçirib.

“AzeriDefence”in xəbərinə görə, bu barədə Yalta beynəlxalq iqtisadi forumun mətbuat xidməti məlumat yayıb.

Rusiya iki yerlik SM-50 təlim təyyarəsini Yevpatoriada istehsal etməyi planlaşdırıb.

2017-ci ilin sonunda SM-50-nin test uçuşları keçiriləcək. SM-50-nin hazırda Rusiya avasiya parkında yer alan Yak-52 təlim təyyarələrini əvəz etməsi planlaşdırılıb.

Qeyd edək ki, aprelin 20-dən 22-dək keçirlən Yalta beynəlxalq iqtisadi forumunda 50 ölkədən 1500 nümayəndə iştirak edir. Ötən il Forumda 70 milyarddan çox rubl dəyərində 12 investisiya müqaviləsi imzalanıb.