25/02/2017 22:32

Ruslarla ərəblər birgə döyüş təyyarəsi yaradır

Bununla bağlı saziş artıq imzalandı  

 Rusiya və Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) döyüş təyyarəsinin yaradılması ilə bağlı razılığa gəliblər.

“AzeriDefence” nin məlumatına görə, yüngül çəkili döyüş təyyarəsi MiQ-29 qırıcısının bazasında yaradılacaq.

Bu proqramın 7-8 il ərzində həyata keçirilməsi nəzərdə tutulub.

“Rostex” Dövlət Şirkətinin baş direktoru Sergey Çemezov iki ölkənin hökümətlərarası komissiyası arasında döyüş təyyarəsinin birgə yaradılması üzrə işlərə başlanmasına dair saziş də imzalanıb.

Onun sözlərinə görə, 5-ci nəsil təyyarəsi olacaq bu yeni aviatexnika müasir elektronika, mühərrik və silah arsenalı ilə təchiz olunacaq.

S. Çemezov bildirib ki, BƏƏ-də bu məqsədlə ilkin olaraq konstruktor bürosu, daha sonra isə istehsal müəssisəsi yaradılacaq.