28/08/2019 14:25

S-400 ZRK-lərin ikinci batareyasının Türkiyəyə çatdırılmasına başlanılıb

Rusiya Türkiyəyə S-400 zenit-raket komplekslərinin (ZRK) ikinci batareyasının çatdırılmasına başlayıb.

“AzeriDefence” Türkiyə mediasına istindən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, S-400 zenit-raket komplekslərinin ikinci batareyasının elementlərini Rusiyadan gətirən təyyarə “Mürtəd” aviabazasına enib. S-400 ZRK-lərinin ikinci batareyasının ölkəyə çatdırılması bir ay davam edəcək.

Qeyd edək ki, 2020-ci ilin aprel ayında sistemlərin tamamiylə Türkiyədə quraşdırılması planlaşdırılıb.