16/01/2013 11:27

Saab MAPAM minaatanının çatdırılmasına dair iki müqavilə bağlayıb

Saab Bofors Dynamics Switzerland Ltd (SBDS) şirkəti yeni 60 və 81 mm-lik MAPAM (Mortar Anti Personnel Anti Material) minaatanının çatdırılmasına dair iki müqavilə bağlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə SBDS şirkəti məlumat yayıb.

Adı açıqlanmayan sifarişçi ilə imzalanmış müqavilənin ümumi dəyəri 11,2 milyon İsveç kronudur.

Müqavilə MAPAM minaatanının 60 mm və artırılmış atəş uzaqlığına malik 81 mm-lik modifikasiyalarını əhatə edir. Çatdırmalar 2013-cü il ərzində həyata keçiriləcək.