13/09/2017 15:33

SAAB şirkəti “Gripen” döyüş təyyarəsinin yeni təlim versiyasını yaradıb

İsveçin SAAB şirkəti “Gripen” döyüş təyyarəsinin yeni versiyasını hazırlayıb.

“AzeriDefence” xəbər verir ki, SAAB şirkəti “Gripen” təyyarəsinin yeni versiyasını 12-15 sentyabr tarixlərində Londonda keçirilən DSEI-2017 beynəlxalq müdafiə sərgisində ilk dəfə nümayiş etdirir.

Aviasiya döyüşləri təlimi üçün hazırlanan “Gripen C” prototipi “Gripen Aggressor” adlandırılır.

Silah daşımayan “Gripen Aggressor” pilot təlimlərində real döyüş şəraitinin imitasiya olunması məqsədilə düşmənin taktiki-texniki prosedurlarını təqlid edən müxalif qüvvə rolu oynaycaq.