28/11/2019 12:58

Sabiq deputat Elton Məmmədov AMEA YT Parkının direktoru təyin edildi

AMEA Rəyasət Heyətinin 27 noyabr 2019-cu il tarixli qərarı ilə texnika elmləri doktoru Elton Arzuman oğlu Məmmədov AMEA Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsinə təyin olunub.

Bu barədə “AzeriDefence”yə AMEA Yüksək Texnologiyalar Parkından məlumat verilib.

Elton Məmmədov bundan əvvəl Azərbaycan Texniki Universitetində strateji inkişaf üzrə prorektor vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl AMEA Yüksək Texnologiyalar Parkına Samir Məmmədov rəhbərlik edib.