21/08/2019 20:04

Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsi verildi

Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Sərəncama əsasən Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Bəhlul Lətif oğlu Əliyevə general-mayor ali hərbi rütbəsi verilib.