26/08/2017 13:54

SAMUM döyüş kompleksi ilk dəfə nümayiş olunub

Rusiyanın SAMUM adı verilən döyüş kompleksi ilk dəfə 22-27 tarixlərində Moskvada keçirilən “Ordu – 2017” Beynəlxalq hərbi-texniki forumunda nümayiş etdirilir.

“AzeriDefence” xəbər verir ki, “Podolski” elektromexanika zavodu ASC-nin hazırladığı SAMUM kompleksi sərginin açıq ekspozisiyasında təqdim olunub.

Layihənin rəhbəri Maksim Tulkin yeni hazırlanan SAMUM döyüş kompleksi haqqında sərgi iştirakçılarına məlumat verib. Bildirilib ki, “Ural” avtomobilinin şassisi üzərinə inteqrasiya olunan SAMUM döyüş kompleksi PEMZ müəssisəsində hazırlanıb.

PEMZ müəssisəsinin baş direktoru Valeri Pozdnyakov qeyd edib ki, döyüş kompleksinin yaradılmasında əsas məqsəd yüksək mobillik, hava, yerüstü hədəflərin dəqiqliklə məhv edilməsinə yönəlib. Kompleksin hazırlanması zavodun gənc kollektivi tərəfindən həyata keçirilib.

Direktor əlavə edib ki, yeni məhsulun hazırlanmasında, kompleks üzərində mühüm məqamları öyrəniblər. Hazırda silahdan atış zaman sürətin artırılması və digər imkanlar nəzərdən keçirilir.

SAMUM 200 at gücündə mühərriklə təchiz olunub. Çəkisi 6.5 ton olan maşının maksimum sürəti 160 km/saat təşkil edir.