08/06/2019 22:01

“Sarsılmaz qardaşlıq-2019” döyüş atışlı taktiki təlimi davam edir – VİDEO

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimin planına uyğun olaraq səhra şəraitində açılmış komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə qoşunların fasiləsiz idarə olunması praktiki həyata keçirilir. Birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərir.