03/06/2019 21:09

“Sarsılmaz qardaşlıq – 2019” təlimində iştirak etmək üçün Türkiyəli hərbçilər Naxçıvana gəlib

İyunun 7-dən 11-dək keçiriləcək “Sarsılmaz qardaşlıq – 2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikası Naxçıvana gəlib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, bu münasibətlə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində qarşılanma mərasimi keçirilib.