09/01/2018 15:09

Saxta sənədlərlə Azərbaycanın dövlət sərhədini keçməyə cəhd göstərən şəxslər saxlanıb

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd göstərən şəxslər saxlanılıb.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin yanvarın 4-də keçirdiyi tədbirlər nəticəsində sərhədçilər tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroporunda saxtalaşdırılmış Böyük Britaniya vətəndaşlarına məxsus pasportlarla Bakı-London reysi ilə Böyük Britaniya getmək istəyən 30.06.1978-ci il təvəllüdlü Cimen Aysegül və övladı 22.12.2009-cu il təvəllüdlü Cimen Zeynebsu davranışları şübhə doğurduğundan saxlanılıblar.

Aparılan araşdırmalar nəticəsində həmin şəxslərin 01.01.2018-ci il tarixdə İstanbul-Bakı reysi ilə Azərbaycana gəlmiş İran vətəndaşları 06.12.1979-cu il təvəllüdlü Muhəmmədi Zeynəb Kiomərz qızı və övladı 21.03.2009-cu ul təvəllüdlü Pərvəreş Pəniz Əli qızı olması müəyyənləşdirilib. Qeyd olunan şəxslər saxta pasportları İstanbul şəhərində tanışları olan Məhəmməd adlı İran vətəndaşından 15000 ABŞ dolları məbləğində pulun müqabilində əldə etdikləri məlum olub.

Hazırda fakt üzrə cinayət işi başlanaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.