Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Sabahın əsgəri” adlı yazı müsabiqəsi elan edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik təbliğatının yüksəldilməsi və Xidmətin yaradılmasının 5-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin X – XI sinif şagirdləri arasında “Sabahın əsgəri” adlı yazı müsabiqəsi elan edib.
Müsabiqənin şərtləri:
- Müsabiqəyə hər şagird yalnız bir yazı təqdim edə bilər.
- Müsabiqəyə 2016-cı ilin dekabr ayının 1-dən 2017-ci ilin yanvar ayının 18-dək olan müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına təqdim olunmuş yazılar buraxılacaq.
- Yazılar 5 min işarədən çox olmamalıdır.
- Təqdim olunan bütün yazılarda vətənpərvərlik ruhu yaradılmalı, gənc nəslin dövlətçilik ənənələrinə ehtiramı, qüdrətli ordu quruculuğu yolunda bilik və bacarıqlarını səfərbər edəcəyi əksini tapmalıdır.
- Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədi ilə Xidmətin nəşrlərində istifadə edilə bilər.
- Müsabiqə üçün yazılar 2017-ci ilin yanvar ayının 18-dək elektron formada [email protected] ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, oxuduğu ümumtəhsil məktəbi və sinfi) və əlaqə nömrələrini göstərməsi zəruridir.
Qaliblərin mükafatlandırılması:
I yer – Noutbuk
II yer – Netbuk
III yer – Planşet
Həvəsləndirici mükafatlar (10 mükafat) – E-book elektron kitab
Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının inzibati binası
Əlaqə telefonu: 493-06-52