05/11/2018 22:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yazı müsabiqəsi elan edir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmasının 7-ci ildönümü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında vətənpərvərlik mövzusunda yazı müsabiqəsi elan edir.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat xidmətindən məlumat verilib.

Müsabiqənin şərtləri:

1.  Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

2. Müsabiqəyə 2018-ci ilin noyabr ayının 5-dən 2018-ci ilin dekabr ayının 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc olunan yazılar buraxılacaq.

3. Hər bir iştirakçı müsabiqəyə 1 yazı təqdim edə bilər.

4. Yazılar 3 min işarədən çox olmamalıdır.

5. Təqdim olunan bütün yazılarda vətənpərvərlik ruhu yaradılmalı və SHXÇDX-nin 7 il ərzində gördüyü işlər işıqlandırılmalıdır.

6. Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədilə Xidmətin nəşrlərində istifadə edilə bilər.

7. Müsabiqə üçün yazılar 2018-cı ilin dekabr ayının 10-dək elektron formada (yazının linki əlavə edilməklə) [email protected] ünvanına göndərilməlidir. Müəllifin özü, çalışdığı media orqanı haqqında məlumatları və əlaqə nömrələrini göstərməsi zəruridir.

8. Yazılar dərc olunarkən “Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının  7-ci ildönümü münasibətilə elan edilmiş yazı müsabiqəsinə təqdim olunur” qeydinin olması zəruridir.

                                         Qaliblərin mükafatlandırılması:

I yer – 1000 manat

II yer – 700 manat

III yer – 500 manat

Həvəsləndirici mükafatlar (10 mükafat) – 100 manat

Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binası

Əlaqə telefonları:  (012) 493-06-52