08/11/2018 13:31

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında xidməti müşavirə keçirilib

Noyabr 8-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə 2018-cı ilin oktyabr ça­ğı­rı­şının yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat xidmətindən məlumat verilib.

Müşavirəni giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xid­mət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında» müvafiq Sərəncamının icrası ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həyata keçirilmiş tədbirlər barədə məlumatları müşavirə iştirakçılarının diqqətinə çatdırıb, həmçinin 2018-ci ilin oktyabr çağırışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, nöqsanların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib.

Müşavirə iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən Xidmət rəisi ilk növbədə səfərbərlik hazırlığı və səfərbərlik işi­nin təşkili, və­tən­daş­ların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli hə­qiqi hərbi xid­mətə çağırılması, gənclərin hərbi vətən­pər­vər­lik ruhunda tərbiyə olun­ma­sı, habelə vətəndaşların qə­bulu və müraciətlərinə baxılması, kor­rup­siyaya qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, əməkdaşlar arasında aparılan mənəvi-psixoloji işin məqsədyönlü şəkildə davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.