30/09/2015 16:22

Səfərbərlik Xidməti oktyabr çağırışı ilə əlaqədar SMS və internet bildiriş xidmətini aktivləşdirdi

Oktyabr ayında həqiqi hərbi xidmətə gedəcək çağırışçılar bu gündən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) internet saytı üzərindən və SMS vasitəsi ilə xidmət keçəcəkləri hərbi hissələr barədə informasiyanı dəqiqləşdirə bilərlər.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Artıq bu gündən hər iki xidmət aktivləşib. Çağırışçılar şəxsiyyət vəsiqələrinin seriya nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə xidmət edəcəkləri hərbi hissəni öyrənə bilərlər.

Qeyd edək ki, SHXÇDX qeyd olunan elektron xidmətləri iki ildir vətəndaşların istifadəsinə təqdim edib.