02/04/2018 14:35

Səfərbərlik Xidməti rəsm müsabiqəsi elan edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsi elan edir.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Müsabiqənin şərtləri:

  • Müsabiqədə yaşı 18-ə qədər olan şəxslər iştirak edə bilər.
  • Əsərlər 2018-ci il may ayının 31-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının inzibati binasına təqdim olunmalıdır.
  • Hər bir iştirakçı müsabiqəyə 1 əsər təqdim edə bilər.
  • İştirakçılar müsabiqəyə A2, A3 formatlarında əsərlər təqdim etməlidirlər. Rəsmlər çərçivəyə salınmalıdır və çərçivənin şüşəsinin üstünə rəsm müəllifinin adı, soyadı, atasının adı, yaşı, rayon (şəhər), məktəb, sinif yazılmış etiketlər əlavə olunmalıdır.
  • Müsabiqəyə təqdim olunan işlər geri qaytarılmır və mükafat qazanan əsərlərdən təbliğat, maarifləndirmə məqsədilə istifadə edilə bilər.

Qaliblərin mükafatlandırılması:

I yer – 600 AZN

II yer – 400 AZN

III yer – 300 AZN

Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binası.

Əlaqə telefonu:  493-06-52.