17/04/2018 10:54

Səfərbərlik Xidməti Samuxda keçiriləcək vətəndaşların qəbulunun tarixini dəyişdirib

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tərəfindən 19.04.2018-ci il tarixdə Samux şəhərində keçirilməsi planlaşdırılan Gəncə, Mingəçevir, Naftalan, Samux, Goranboy, Göygöl, Daşkəsən şəhər və rayonlarından olan vətəndaşların qəbulunun tarixi dəyişdirilib.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcəkdir.