16/05/2017 15:39

Səfərbərlik Xidməti yerli tapançaları seçir

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) zabitlərinə tabel silahı veriləcək.

“AzeriDefence”nin məlumatına görə, hazırda bununla bağlı məsələyə baxılır.

SHXÇDX-nin heyətinin tabel silahı olaraq yerli istehsal olan tapançalar seçilib. Hazırda Xidmət bununla bağlı Müdafiə Sənayesi Nazirliyi ilə müzakirələr aparılıb. Yaxın vaxtlarda dövlət proqramı çərçivəsində sifarişin verilməsi gözlənilir.

Qeyd edək ki, hazırda MSN müəssisələrində biri polimer gövdəli olmaqla 4 model tapança istehsal edilir. “Zəfər”, “Zəfər-K” və “İnam” tapança modelləri ordunun və güc strukturlarının silahlanmasında yer alır.

Azərbaycan istehsalı olan tapançalar Rusiya istehsalı olan “Makarov” tapançalarından özünün erqonomikası, rahatlığı və digər üstün keyfiyyətləri ilə fərqlənir.