25/05/2018 15:24

Səfərbərlik Xidmətində “Azərbaycan dövlətçilik tarixində Xalq Cümhuriyyətinin rolu” adlı tədbir keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında “Azərbaycan dövlətçilik tarixində Xalq Cümhuriyyətinin rolu” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Xidmət rəisinin birinci müavini general-mayor Zaur Abdullayev bildirib ki, Azərbaycanın zəngin dövlətçilik ənənələrinin davam etdirilməsi istiqamətində tarixi hadisə olan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının müstəqil yaşamaq əzmini sübut edibdir. Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digər liderlərin yorulmaz fəaliyyəti nəticəsində Bakı bolşevik-daşnak quldur dəstələrindən azad edilib, Dağlıq Qarabağda Ermənistanın hücumlarının qarşısı alındı və bununla da ölkənin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində ciddi nailiyyətlər əldə olunubdur.

Z.Abdullayev bildirib ki, ötən əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanı üzləşdiyi ağır hərbi-siyasi böhrandan ümummilli lider Heydər Əliyev xilas edib: “Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan “İstiqlal Bəyannaməsi”ndə həkk olunmuş ideallara varislik və sədaqətini nümayiş etdirərək, o dövrün ziyalılarının başlatdığı yolu davam etdiribdir”.