29/12/2017 14:56

Səfərbərlik Xidmətində müşavirə keçirilib


Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 2017-ci ilin xidməti fəaliyyətin yekunlarına və 2018-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Müşavirədə Xidmət rəisi, general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2017-ci il ərzində görülmüş işlərə dair ətraflı çıxış edib, 2018-ci ildə Xidmət tərəfindən görüləcək işlər barədə məlumat verilib.

Müşavirədə bir sıra məsələlər müzakirə olunub, general-leytenant Arzu Rəhimov 2018-ci ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunmasına dair tapşırıq və tövsiyələrini çatdırıb.

Müşavirədə Xidmət rəisinin müavinləri və idarə rəisləri görülmüş işlərə dair məruzələr edib.

Müşavirənin yekununda SHXÇDX rəisinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.