07/11/2019 16:24

Səfərbərlik Xidmətinin rəisi İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatan İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Səfir Dan Stav İsrail Dövlətinin Azərbaycandakı missiyasına rəhbərlik etdiyi müddət ərzində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.

Xidmət rəisi, general-leytenant Arzu Rəhimov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə səfir Dan Stava təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.