27/04/2017 18:16

Səfərbərlik Xidmətinin Salyan rayon şöbəsində 38 qumbara tapılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin anbarından əl qumbaraları aşkarlanıb.

Bu barədə “AzeriDefence”yə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Anbara baxış zamanı təlim məqsədli 38 ədəd RQD-5 əl qumbarası və 47 ədəd UZRQM partladıcısı aşkar olunaraq zərərsizləşdirilməsi üçün götürülüb.