16/06/2017 23:23

Şəhidimizin intiqamı alındı – 3 erməni hərbçisi öldürüldü, 2-si yaralandı

Cəbhə xəttində Ermənistan Ordusunun 3 hərbi qulluqçusu öldürülüb.

Bu barədə “AzeriDefence” erməni mediasına istinadən məlumat verib.

Erməni tərəfinin açıqladığı məlumata görə, bu gün yerli vaxtla saat 18:05-də cəbhədə baş verən atışmada 3 hərbi qulluqçu – Araik Rudikoviç Matinyan, Vigen Jirayroviç Petrosyan və Vardan Çovakoviç Sarkisyan öldürülüblər.

Hər üç hərbi qulluqçunun qumbaraatan atəşindən öldüyü bildirilir.

Ermənilərin “Shamshyan.com” saytı isə daha iki erməni hərbçisinin Myasnik Martinoviç Hovhannisyan və Vardan Armenoviç Harutyunyanın yaralandığı barədə xəbər yayıb.