28/11/2017 12:58

Separatçı Dağlıq Qarabağ rejiminin sabiq “müdafiə naziri” 6 il azadlıqdan məhrum edidi

Bu gün qondarma “Dağlıq Qarabağ Respublikası”nın sabiq “müdafiə naziri” Samvel Babayana hökm oxunub.

“AzeriDefence” “Aysor.am”a istinadən xəbər verir ki, keçirilən məhkəmə zamanı sabiq “müdafiə naziri” çirkli pulların yuyulması və silah qaçaqmalçığılına görə ittiham edilib.

Məhkəmə prosesinin sonunda hakim Arşak Vardanyan S.Babayana 6 il azadlıqdan məhrum edilmə ilə bağlı hökm oxuyub.

Qeyd edək ki, prokuror sabiq “müdafiə naziri”nin 7 il müddətində azadlıqdan məhrum edilməsini tələb etmişdi. Məhkəmə zalından çıxarılan Samvel Babayan jurnalistlərin suallarını cavablandırmasa da, həbs edilməsinin sifarişlə həyata keçirildiyini bildirib.