27/10/2017 12:48

Serbiya yeni raket hazırlayıb – FOTO

Serbiya Müdafiə Nazirliyinin Hərbi Texniki İnstitutu “Koşava-1” adı verilən “yer-yer” tipli yeni raket hazırlayıb.

“AzeriDefence”nin məlumatına görə, İnstitut yeni raketin eksperimental nümunəsini nümayiş etdirib.

Yeni raket modernizə edilmiş “Oqan” sistemindən atıla bilir.

“Koşava-1” raketinin uzunluğu 2670 mm, çəkisi 248 kiloqram, döyüş başlığı 100 kiloqramdır.  Raket atışdan sonra açılan qanadlara malikdir. Kombinə olunmuş (inersial və özütuşlanan) yönləndirmə sisteminə malik “Koşava-1” raketinin maksimum məsafəsi 50 km, sürəti 250 m/saniyədir.