12/08/2014 07:23

Serbiyanın müdafiə naziri Azərbaycana gəlir

Avqustun 11-də Serbiyanın müdafiə naziri Bratislav Qaşiç Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

B.Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Səfər avqustun 13-dək davam edəcək.