05/02/2018 16:20

Sergey Çemezov: AK-12 avtomatının seriyalı istehsalı başlayır

Rusiya “Kalaşnikov” avtomatının AK-12 modelinin seriyalı istehsalına başlayır.

“AzeriDefence” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu “Rostex” Dövlət Şirkətinin baş direktoru Sergey Çemezov deyib.

Direktor bildirib ki, bu ilin sonuna qədər AK-12 avtomatının seriyalı istehsalına başlanılacaq: “Avtomatın bütün testləri uğurlar tamamlanıb. Çox qısa bir müddət ərzində seriyalı istehsala başlayacayıq”.

Bildirilib ki, AK-12 avtomatı Rusiya Ordusunun hərbçisinin “Ratnik” ekipirovkasının kompanenti olacaq. “Ratnik” adlı yeni döyüşçü təchizatına AK-12 ilə yanaşı AEK-971 avtomatlarının da daxil ediləcəyi nəzərdə tutulub.

2012-ci ildə sınaqları başlayan AK-12 avtomatı başlanğıcda Rusiya silahlı qüvvələri və xüsusi təyinatlıları üçün nəzərdə tutulurdu. Uzunluğu 945.725 mm, çəkisi boş halda 3.3 kq olan avtomatın lüləsinin uzunluğu 415 mm-dir. AK-12-nin atış tempi dəqiqədə 600/1000 atəşdir.