02/07/2018 13:59

Sərhədçilər avtoqəzaya düşən vətəndaşın həyatın xilas edib

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən iyulun 1-də Cəlilabad rayon sakininin həyatı xilas edilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Cəlilabad rayonu ərazisində Cəlilabad-Göytəpə yolunda sürücünün idarəetməni itirməsi və avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu zaman avtomobil yoldan keçən Göytəpə şəhər sakini 1984-cü il təvəllüdlü Əliyev Ruslan Əlisəfa oğlunu vurub və nəticədə piyada ciddi xəsarət alıb.

Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin “Ambulance” tibb avtomobili hərbi hissəyə qayıdarkən yol-qəza hadisəsinin baş verməsini müşahidə edib, dərhal hərbi həkim tərəfindən ilkin təcilli tibbi yardım göstərilib və piyada Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıbdır. Nəticədə R.Əliyevin həyatını xilas etmək mümkün olubdur.