28/02/2017 13:03

Sərhədçilər dənizdən naməlum kişi meyiti çıxarıb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd gözətçi gəmiləri, texniki-müşahidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini davam etdirirlər.

Bu barədə “AzeriDefence”yə Xidmətin mətbuat mərkəzindən məlumat verilib.

Bu gün saat 11:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 3,4 mil aralı məsafədə meyit müşahidə olunub.

Həyata keçirilən tədbirlər nəticəsində təqribən 50-55 yaşlı kişi meyiti sahilə çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.