23/06/2016 21:11

Sərhədçilər dənizdən 2 bağlama narkotik maddə aşkarladılar

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Xəzər dənizində narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, iyun ayının 20-də qabaqlayıcı əməliyyat məlumatı əsasında Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sahildən 11 mil məsafədə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi Cənub şöbəsinin sərhəd gözətçi kateri ilə buylara baxış zamanı 2 bağlamada 476 qram həşişə və 112 qram kakosa oxşar narkotik maddələr aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.