12/03/2018 12:33

Səudiyyə Ərəbistanı 48 ədəd “Typhoon” təyyarəsi alacaq

Səudiyyə Ərəbistanı Böyük Britaniya ilə 48 ədəd “Eurofighter Typhoon” bombardımançı təyyarələrinin satınalınmasına dair Memorandum imzalayıb.

Bu barədə “AzeriDefence” təyyarənin əsas istehsalçılarından olan “BAE Systems” şirkətinə istinadən məlumat verib.

“Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin daha da təkmilləşdirilməsinə çalışırıq”, – deyə “BAE Systems” şirkəti bəyan edib.

Xatırladaq ki, 2006-ci ildə Səudiyyə Ərəbistanı Böyük Britaniyadan dəyəri 11.4 milyard dollar olan 72 ədəd “Eurofighter Typhoon” təyyarəsinin alınmasına dair müqavilə bağlayıb.