06/06/2017 17:37

Səudiyyə  Ərəbistanı ABŞ-dan AN/TPQ-53 radarları alır

Səudiyyə Ərəbistanı artilleriya və raketlər hücumlarına qarşı, həmçinin sərhəd təhlükəsizliyini gücləndirmək üçün “Lockheed Martin” AN/TPQ-53 radarının tədarük etmək niyyətindədir.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyinin (Defence Security Cooperation Agency/DSCA) məlumatına görə, Səudiyyə Ərəbistanının almaq istədiyi cəmi 26 radar sistemi, digər texnika və avandlığa dair müqavilənin ümumi məbləği 662 milyon dollar təşkil edir.

Xarici hərbi satış tələbi qəbul edilərsə, Səudiyyə Ərəbistanı AN/TPQ-53 radarının ilk ixracat müştərisi olacaq.