10/10/2017 17:31

Səudiyyə Ərəbistanı ABŞ-dan THAAD kompleksləri almaq istəyir

Səudiyyə Ərəbistanı THAAD (Terminal Area High Altitude Defense) raket əleyhinə müdafiə sistemlərini satın almaq üçün ABŞ-a müraciət edib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə ABŞ-ın Müdafiə və Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

ABŞ Dövlət Departamenti THAAD raket əleyhinə müdafiə komplekslərinin xaricə hərbi satış proqramı çərçivəsində Səudiyyə Ərəbistanına tədarükünü bəyənib. Saziş təsdiqlənərsə müqavilələrin ümumi dəyəri təxminən 15 milyard ABŞ dolları təşkil edəcək.

Bildirilib ki Səudiyyə Ərəbistanının sifarişinə THAAD-ın 44 işəsalma qurğusu, 360 raket əleyhinə raket, 16 atəş və rabitəni idarəetmə sistemi, 7 RLS AN/TPY-2 radar sistemi, həmçinin köməkçi avadanlıq və personalın təlimi, podratçının texniki və logistik dəstəyi daxildir.