21/12/2015 09:11

Səudiyyə Ərəbistanı Ukrayna təyyarələri alır

Ukraynanın “Antonov” Dövlət Şirkəti ilə Səudiyyə Ərəbistanının “Taqnia Aeronautics” şirkəti arasında satınalmaya dair müqavilə imzalanıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, müqaviləyə əsasən, ərəb şirkəti Ukraynanın adıçəkilən müəssisəsindən 30 ədəd çoxməqsədli “Antonov” hərbi-nəqliyyat təyyarəsi alacaq.

Bu razılaşmaya əsasən, Ukrayna Səudiyyə Ərəbistanına Аn-178, Аn-148-100 sanitar,  Аn-132 kəşfiyyat-xilasetmə və radioelektron funksiyalı təyyarələr satacaq.