06/11/2017 11:27

Səudiyyə Ərəbistanında helikopter qəzası – şahzadə daxil olmaqla 8 yüksək rütbəli məmur həlak olub

Səudiyyə Ərəbistanı şahzadəsi Mənsur Ben Mukrin helikopter qəzası nəticəsində həlak olub.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında içərsisində şahzadə və yüksək vəzifəli məmurların olduğu helikopter qəzaya düşüb. Qəzada sonra helikopterin qalıqları aşkar edilib. Şahzadə Mənsurdan başqa helikopter içərisində azı 8 yüksək rütbəli məmurun da olduğu deyilir. Ən son məlumatlara görə, onlar da həlak olublar.

Helikopterlə sonuncu dəfə dünən axşam əlaqə saxlanılıb.

Səudiyyə Ərəbistanı informasiya agentliklərinin qəza ilə bağlı hazırladıqları video materiallardan da belə görünür ki, helikopter qalıqlarının aşkar edilməsi üçün ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Təcili yardım əməkdaşları və hərbçilər aviaqəzada sağ qalanların axtarışı istiqamətində işlərini davam etdirirlər.

Səudiyyə Ərəbistanı hökuməti isə hadisə ilə bağlı hələ ki açıqlama verməyib.