12/02/2014 08:44

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Otokar” avtobusları alıb

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) çağırışçıların hərbi hissələrə daşınması üçün avtobuslar alıb. “AzeriDefence”nin məlumatına görə, bu gün Xidmətin aldığı yeni avtobusların təqdimatı keçirilib.

Yeni avtobuslara baxış keçirən SHÇDX rəisi, general-leytenant Arzu Rəhimova məlumat verilib ki, Türkiyənin “Otokar” firmasından 30 ədəd “Otokar Tempo” markalı avtobus alınaraq Xidmətin balansına verilib. Bu 28 yerlik avtobuslar öz rahatlığı və təhlükəsizliyi ilə analoqlarından fərqlənir.

Avtobuslar SHÇDX-nin rayon şöbələrinə veriləcək. Gələcəkdə SHÇDX tərəfindən yenə avtobusların alınması planlaşdırılır.