04/11/2014 13:34

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsm müsabiqəsi keçirir – ELAN

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Vətənin müdafiəsinə hazıram!” adlı rəsm müsabiqəsi elan edir

Müsabiqənin məqsədi:

Müstəqil dövlətçiliyimizin əsas atributlarından olan Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi nailiyyətlərin, güclü ordu quruculuğu prosesinin əhəmiyyətinin ictimaiyyətə çatdırılması, qəhrəmanlıq nümunələrinin təbliği, Vətənə, xalqa və dövlətçilik ideyalarına hörmət hisslərini gücləndirmək, gənc nəsli milli-dövlətçilik ruhunda tərbiyə etmək, doğma torpağa sədaqət hissini möhkəmləndirmək, hər an Vətənin müdafiəsinə qalxmağa hazırlığı yüksəltməkdir.
Müsabiqənin şərtləri:

1. Müsabiqədə yaşı 18-ə qədər olan şəxslər iştirak edə bilər.
2. Əsərlər 2014-cü il dekabr ayının 30-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binasına təqdim olunmalıdır.
3. Hər bir iştirakçı müsabiqəyə 1 əsər təqdim edə bilər.
4. İştirakçılar müsabiqəyə A2, A3 formatlarında əsərlər təqdim etməlidirlər. Rəsmlər çərçivəyə salınmalıdır və çərçivənin şüşəsinin üstünə rəsm müəllifinin adı, soyadı, atasının adı, yaşı, rayon (şəhər), məktəb, sinif yazılmış etiketlər əlavə olunmalıdır.
5. Təqdim olunan bütün əsərlərdə vətənpərvərlik ruhu tərənnüm edilməlidir.
6. Müsabiqəyə təqdim olunan işlər geri qaytarılmır və mükafat qazanan əsərlərdən təbliğat, maarifləndirmə məqsədilə istifadə edilə bilər.

Qaliblərin mükafatlandırılması:

I yer – 1000 manat
II yer – 500 manat
III yer – 300 manat

Həvəsləndirici mükafatlar (10 mükafat) – 100 manat

Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binası
Əlaqə telefonları: 493-06-52