31/12/2014 10:56

Səfərbərlik Xidməti bu gündən yanvar çağırışı üçün SMS və internet məlumatlandırma xidmətini aktivləşdirib

2015-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar bu gündən şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı hərbi hissəyə və ya qoşun növünə düşdükləri barədə məlumatı öyrənə bilərlər.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

Vətəndaşlar həmçinin SHXÇDX-nin www.seferberlik.gov.az ünvanında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları yazmaqla xidmət edəcəkləri hərbi hissə və ya qoşun növünü dəqiqləşdirə bilər.