30/12/2013 12:14

Səfərbərlik Xidmətində 2014-cü ilin yanvar çağırışına hazırlıqla bağlı müşavirə keçirilib

Dekabrın 29-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (СЩЧДХ) 2013-cü ilin xidməti fəaliyyətin yekunlarına və 2014-cü ilin yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib. Bu barədə “AzeriDefence”yə SHÇDX-nin mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə çıxış edən Xidmət rəisi, general-leytenant Arzu Rəhimov rəhbərlik etdiyi qurum tərəfindən 2013-cü il ərzində görülmüş işlərə dair məruzə edib. Xidmət tərəfindən 2014-cü ildə görüləcək işlər barədə məlumat verib.

Müşavirədə bir sıra məsələlər müzakirə olunub, general-leytenant Arzu Rəhimov 2014-cü ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunmasına dair tapşırıq və tövsiyələrini verib.