25/04/2015 17:24

Səfərbərlik Xidmətinin təşkilatçılığı ilə məktəblilər FHN Akademiyasında olublar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) hərbi təhsilə marağın artırılması məqsədilə xüsusi təyinatlı təhsil müəssisələrində görüşlərə başlayıb.
Bu barədə “AzeriDefence”yə SHXÇDX-dən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilmiş ilk tədbirə Bakının Səbail, Qaradağ, Xəzər, Suraxanı rayonlarından təhsildə fərqlənən 100-ə qədər yuxarı sinif şagirdi cəlb olunub.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Azər Babayev respublikanın rayonlarında hərbi vətənpərvərlik təbliğatı ilə bağlı bir çox tədbirlərin keçirildiyini, bu işin bundan sonra davam etdiriləcəyini söyləyib.

Şagirdlərə FHN Akademiyası barədə videofilm nümayiş olunub. Onlar tədris müəssisəsində yaradılan şəraitlə tanış olublar.

SHXÇDX tərəfindən digər xüsusi təyinatlı təhsil müəssisələrində görüşlər keçiriləcək.