30/09/2019 17:27

SHXÇDX-nin rəisi Sumqayıtda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov oktyabrın 7-də Sumqayıtda Abşeron, Şuşa, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Sumqayıt şəhər və rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Xidmətin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı qəbula yazılmaq istəyən vətəndaşların 15 oktyabr 2019-cu il tarixədək SHXÇDX-nin adları qeyd olunan şəhər və rayon idarə, şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.