01/02/2019 19:40

SHXÇDX rəisi Göygöldə vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov 14 fevral 2019-cu il tarixdə saat 10:00-da Göygöl rayonunda Gəncə, Naftalan və Mingəçevir şəhərlərindən, həmçinin Goranboy, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Qəbula yazılmaq istəyən vətəndaşların 11 fevral 2019-cu il il tarixədək SHXÇDX-nin adları qeyd olunan şəhər, rayon şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.