25/10/2015 23:14

Silahlı Qüvvələrdə “Açıq qapı” – FOTOLAR

 

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən oktyabrın 25-də hərbi hissələrdə “Açıq qapı” günü tədbairi keçirilib.

“AzeriDefence”nin məlumatına görə, Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə və hərbi hissələrdə, Hərbi Hava Qüvvələrinin aviabazalarında, Hərbi Dəniz Qüvvələrinin gəmilərində, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində səhər saatlarından başlayan “Açıq qapı” günü tədbirlərində əsgər valideynləri və yaxınları, yerli icra orqanlarının nümayəndələri, müharibə veteranları, rayon ictimaiyyəti və təhsil ocaqlarının təmsilçiləri iştirak ediblər.

Ziyarətçilər şəxsi heyətin yaşayış, sosial-məişət şəraitlə yaxından tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanaları, yeməkxanalarına baş çəkib, müxtəlif təlim nöqtələrində döyüş texnikası, silah-sursatlara, çöl-səhra şəraitində qida məntəqələrinə, şəxsi heyətin əşya-əmlak təminatında olan nümunələrə baxıb və hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyiblər.

Hərbi hissə komandanlığı tərəfindən xidmətdə fərqlənən hərbi qulluqçuların təltifi və valideynlərə təşəkkür məktubları təqdim olunub.

Bütün hərbi hissələrdə valideynlər komandanlıqla görüşüb, onları maraqlandıran suallara cavab tapıb.

 

aq2

aq4

aq6

aq8

aq9

aq25

aq10

aq11

aq14

aq15

aq16

aq17

SAMSUNG CAMERA PICTURES

aq19

aq20

aq23

aq24

aq25

aq26

aq27

aq29

aq31

aq32

aq33

aq36

aq37

aq38