31/12/2015 19:48

Silahlı Qüvvələrdə “Açıq qapı” günü başa çatıb – FOTOLAR

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə, bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün təşkil olunan “Açıq qapı” günü tədbiri başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, dekabrın 31-də Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə və hərbi hissələrdə, Hərbi Hava Qüvvələrinin aviabazalarında, Hərbi Dəniz Qüvvələrinin gəmilərində, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində səhər saatlarından başlayan “Açıq qapı” günü tədbirlərində əsgər valideynləri və yaxınları, yerli icra orqanlarının nümayəndələri, müharibə veteranları, rayon ictimaiyyəti və təhsil ocaqlarının təmsilçiləri iştirak ediblər.

Bütün şəxsi heyətə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram təbrikləri çatdırılıb.

Ziyarətçilər şəxsi heyətin yaşayış, sosial-məişət şəraitlə yaxından tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanaları, yeməkxanalarına baş çəkib, müxtəlif təlim nöqtələrində döyüş texnikası, silah-sursatlara, çöl-səhra şəraitində qida məntəqələrinə, şəxsi heyətin əşya-əmlak təminatında olan nümunələrə baxıb və hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyiblər.

Hərbi hissə komandanlığı tərəfindən xidmətdə fərqlənən hərbi qulluqçuların təltifi və valideynlərə təşəkkür məktubları təqdim olunub.

Bütün hərbi hissələrdə valideynlər komandanlıqla görüşüb, onları maraqlandıran suallara cavab tapıb və sonda birlikdə xatirə şəkli çəkdiriblər.

Ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinə də hərbi hissələrdə keçirilən “Açıq qapı” gününü izləməyə şərait yaradılıb.

“Açıq qapı” günləri bundan sonra da bütün hərbi hissələrdə mütəmadi olaraq keçiriləcək.

umumi2

umumi3

umumi4

umumi5

umumi6

umumi7

umumi8

umumi9

umumi11

umumi13

umumi14

umumi19

umumi20

umumi21

umumi22