01/11/2019 11:06

Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsait bir ildə 9.5 milyon manat artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna noyabrın 1-dək 104 234 547,81 AZN, 213 577,88 ABŞ dolları, 17566 avro və 5000 rubl vəsait toplanıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Son bir ildə Fonda toplanan vəsaitin həcmi manat hesabında 9 507 292.95 manat, avro hesabında isə 4530 avro artıb. ABŞ dolları və Rusiya rublı ilə olan hesablarda artım olmayıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb.